Zaxarova: Ermənistan vicdansız Qərb siyasətçilərinin əlində alver predmetinə çevrilməməlidir
Zaxarova: Ermənistan vicdansız Qərb siyasətçilərinin əlində alver predmetinə çevrilməməlidir
12:25 06.03.2024
Dünya
461
Ermənistan vicdansız Qərb siyasətçilərinin əlində alver predmetinə çevrilməməlidir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, vaxtı ilə Ukraynanı da Qərb şəbəkələrinə cəlb ediblər, gözəl perspektivlər vəd ediblər, amma aldadıblar. "İstəməzdim ki, bu, Ermənistanın başına gəlsin. Ermənistan özünün ən çətin tarixi yolunu keçib. Bu xalq sülh içində yaşamağa layiqdir və vicdansız Qərb siyasətçilərinin əlində alver predmetinə çevrilməməlidir”.
Zaxarova əlavə edib ki, Qərb yeni qurban axtarmağa davam edir və bu yeni qurban Ermənistan ola bilər, hansı ki, Qərb onu şirnikləndirəcək, aldadacaq.
“Təəssüflər olsun ki, bir sıra Ermənistanın siyasi xadimləri Ermənistanın Qərb geosiyasətinin, Qərb əyləncəsinin alətinə çevrildiyini düşünmürlər. Bizim gözümüzün qarşısında kollektiv Qərbin öz konyuktur məqsədləri naminə dövlətləri necə istifadə etmələrinə, daha sonra isə taleyin ümidinə buraxmalarına dair çoxsaylı nümunələr var. Avropa İttifaqı birmənalı olaraq daha heç kəsin etibarlı tərəfdaşı deyil. Bu ittifaqda Amerikanın sifarişini icra edənlər toplaşıb. Ermənistana bu ittifaqda regiona çıxış nöqtəsi kimi baxırlar. Bu da anlaşılandır”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat