Zelenski: Ukrayna və ABŞ əsas məsələləri müzakirə ediblər

Ukrayna Prezidenti Volodimir Zelenski, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andriy Hnatov Ağ Evin xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ Prezidenti Donald Trampın kürəkəni Jared Kuşnerlə müharibənin dayandırılması ilə bağlı əsas məsələləri müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Zelenski "Telegram" -da məlumat yayıb.

Prezidentin sözlərinə görə, telefon danışığı uzun və əhatəli olub.

Zelenskinin sözlərinə görə, Ukrayna həqiqətən sülh gətirmək üçün gələcəkdə Amerika tərəfi ilə vicdanla işləmək əzmindədir.

Tərəflər Amerika ilə danışıqların növbəti addımları və formatları barədə razılığa gəliblər.