“Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar bəy yox, Qazaxıstan prezidenti Kasım-Comərt Tokayev “Böyük Asiya” mükafatının təsis edilməsi ilə bağlı təşəbbüs irəli sürmüşdü. Yəqin ki, mükafat təsis ediləcək. Anar müəllim sadəcə II Asiya Yazıçılar Forumunun Bakıda keçirilməsini təklif etmiş və bununla bağlı ölkə rəhbərliyinə müraciət edəcəyini demişdi”.
Bu sözləri AYB-in mətbuat katibi Xəyal Rza “Sherg.az”-a “Böyük Asiya” mükafatının təsis edilməsi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, mükafatın təsis edilib edilməyəcəyi ilə bağlı hələ dəqiq məlumat yoxdur.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Qazaxıstanın paytaxtı Nursultan şəhərində keçirilən I Asiya Yazıçılar Forumu zamanı sözügedən mükafatın təsis edilməsi müzakirə olunmuşdu. Qeyd edilmişdi ki, Nobel mükafatına alternativ sayılacaq “Böyük Asiya” mükafının qiyməti 1 milyon dolacaq.