Sarıqamış şəhidlərinin 110-cu ildönümü münasibəti ilə Qafqaz Universiteti Ədəbiyyat fakültəsinin Türk Dili və Ədəbiyyatı bölməsinin, eyni zamanda Sarıqamış Dərnəyinin dəstəyi ilə “Qar gülləri” adlı beynəlxalq şeir müsabiqəsi təşkil olunacaq.
"Sherg.az"a Qafqaz Universitetindən verilən məlumata görə, müsabiqənin məqsədi Sarıqamış şəhidlərini anmaq və tarixi reallıqları ədəbiyyata daşımaqdır. Qeyd edilib ki, 110 illik yubileyini andığımız Sarıqamış şəhidləri ilə bağlı mövzu ədəbiyyatda kifayət qədər əks olunmayıb. Müsabiqəyə göndərilən şeirlər kitab halına çap olunacaq ki, bu da Sarıqamış şəhidləri ilə bağlı ədəbi əsərin meydana gəlməsinə səbəb olacaq, həm də gənc nəsillərə çatdırılmasına imkan verəcək.
Müsabiqədə 16 yaşdan yuxarı hər kəs iştirak edə bilər. İştirakçılar üçün ölkə, şəhər və ya bölgə məhdudiyyəti yoxdur. Şərtlərə görə, müsabiqəyə göndərilen mətnlərin dili Türkiyə türkçəsində olmalıdır. Hər iştirakçı ən çox 3 şeirlə müsabiqəyə qatıla bilər. Qaliblərə pul mükafatı veriləcək.