Əli Tudənin kitabları Təbrizdə nəşr olunub
12:40 03.07.2023
Ədəbiyyat
2684
Cənubi və Şimali Azərbaycanın görkəmli şairi Əli Tudənin 2024-cü ildə anadan olmasının 100 illiyidir. Bu münasibətlə sənətkarın Təbrizdə iki kitabı “Mən nə gətirdim” və “ Bakının işıqları” kitabları ərəb əlifbası ilə çap olunub. Bu Azərbaycan ədəbiyyatı üçün əlamətdar hadisə hesab oluna bilər.
Çünki ömrü boyu bütöv və azad Azərbaycan arzusu ilə yaşayan, bu yolda yorulmadan qələm çalan, inqilabçı şair, Təbriz həsrətli Əli Tudə 50 il öz vətənində siyasi mühacir kimi yaşamış,Sovet pasportundan imtina etmişdir.Qeyd edək ki, şairin “Cənub nəğmələri” adlı kitabı hələ 1946-cı ildə Milli hökumət zamanı Təbrizdə, şairin Filarmoniyanın müdiri vəzifəsində çalışdığı dövrdə çap olunmalı idi. Lakin Milli Hökumət süquta uğradıqdan sonra onun milli ruhlu şeirlərindən ibarət kitabı mətbəədə yandırıldı və şah tərəfindən ölümünə fərman verildi.Məcburiyyət qarşısında qalan şair Arazın bu tayına keçdi və bir də Təbrizə gedə bilmədi.
Kitablar Təbrizdə “Azərturan” nəşriyyatı tərəfindən işıq üzü görüb.Bu işdə gənc qələm sahibi və tərcüməçi Əli Aslaninin böyük zəhməti var.Belə ki, kitabın tərtibində və çapında bütün məsuliyyət və əziyyət onun üzərinə düşüb. Əli Aslani şairin anadan olmasının 100 illiyinədək Əli Tudənin “Təbriz yolu” ,“ Araz üstə palıd” kitablarını və xatirələrini çapa hazırlayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm