2026-cı ildə dünyada müşahidə olunan anomal istilər yeni rekordlar qırır və iqlim böhranının daha təhlükəli mərhələyə keçdiyini göstərir.
Sherg.az xəbər verir ki, Avropada Fransada temperatur 43,8°C, İspaniyada isə 45°C-yə çatıb. Hətta Norveçdə də onlarla yeni temperatur rekordu qeydə alınıb. Asiyada isə Pakistan və Hindistanda havanın temperaturu 50°C-ni ötüb.

Güclü istilər nəticəsində minlərlə insan həyatını itirib, meşə yanğınları genişlənib, quraqlıq kənd təsərrüfatına ciddi ziyan vurub. Bir sıra ölkələrdə fövqəladə vəziyyət elan olunub və əhaliyə günün ən isti saatlarında evdən çıxmamaq tövsiyə edilib.
İqlim mütəxəssisləri hesab edirlər ki, ekstremal istilər artıq istisna hal deyil, yeni iqlim reallığına çevrilir.