Günəş Şərqdən doğur. Günəşə doğru! -VİDEO
09:51 01.11.2024
Tarix
1595
1996- cı ilin noyabrın 1 - də, dünyagörüşü ilə seçilən bir qrup gənç "7 Gün" qəzetindən ayrılaraq "Şərq"in əsasını qoydu. Həmin dövrdə ölkədə "qəzet bumu" yaşanır, hər gün, hər həftə yeni qəzet satışa çıxarılırdı.
"Şərq" isə ilk sayından dizaynı, maraqlı yazıları, özəl xəbərləri ilə seçildi. 1000 tirajla nəşrə başlayan qəzetin 3 ay sonra tirajı 6 mini üstələdi. Bununla da "Şərq" qəzeti günaşırı nəşrə başladı. 90 faizdən çox satış göstəricisi "Şərq"i rəqabət mühitində önə çıxardı. "Nə iqtidar, nə müxalifət! Yalnız həqiqət " prinsipini qorumağa çalışan "Şərq" qısa zamanda müstəqil qəzetçilik xəttinin parlaq obrazına çevrilməyi bacardı.
2001 - ci ilin aprelində "Şərq" gündəlik çap olunmağa başladı. Çətinliklə nəşrini qoruyub saxlayan qəzetin nüfuzu, ictimai rəyə təsir imkanları getdikcə artdı. "Şərq" heç vaxt siyasi oyunçuya, partiyalı qəzetə çevrilmədi.
"Şərq" in ən böyük üstünlüyü və gücü jurnalistlərə müstəqil yaradıcılıq mühiti yaratmasında, gənclərə qapı açmasında və yeni imzaları çəkinmədən tanıtmasındadır.
28 il müddətində qəzetdə 200 - ə yaxın jurnalist çalışıb, əksəri ilk qələm təcrübəsini burda öyrənib.
Bu gün müxtəlif media strukturlarında, dövlət qrumlarında, ictimai sektorda onlarla "Şərq"çi çalışır. Bu həmkarlarımızın hamısı bu gün şərəflə "Şərq"çi adını daşıyır.
Günəş Şərqdən doğur. Günəşə doğru!
Bayramımız mübarək!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya