
Laçında Zirvə Görüşü: Azərbaycan, Türkiyə və Pakistan ortaq gücünü nümayiş etdirdi
09:36 29.05.2025
Siyasət
539
"Müstəqillik Günündə Laçın şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin bir araya gəlməsi həm tarixi, həm də strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu görüş dostluğun, müttəfiqliyin və ortaq dəyərlərin zirvəyə yüksəldiyinin əyani sübutudur".
Bu sözləri Sherg.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Zirvə görüşünün Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilməsinin böyük rəmzi mənası var:

“Laçın xalqımızın qəhrəmanlığının, dövlətimizin əzm və iradəsinin simvoluna çevrilmiş bir şəhərdir. İllərlə düşmən tapdağında olmuş Laçın artıq təkcə azad deyil, həm də bərpa edilmiş, dirçəldilmiş və beynəlxalq səviyyədə tanınan görüşlərin məkanıdır. Məhz bu şəhərdə dost və qardaş ölkələrin liderlərinin görüşməsi Azərbaycan diplomatiyasının gücünü və strateji baxışını dünyaya nümayiş etdirdi. Zirvə görüşünün Laçında keçirilməsi həm də Türkiyə və Pakistanın ölkəmizin ərazi bütövlüyünə dəstəyinin növbəti canlı nümayişidir”.
Deputat bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan tarix boyu bir-birinin uğurlarına sevinib, çətin günlərdə həmrəylik nümayiş etdiriblər:
“Ölkələrimiz arasında münasibətlər sırf rəsmi səviyyədə diplomatik əlaqələrdən ibarət deyil. Bu üç ölkə arasında sarsılmaz dostluq, qardaşlıq və qarşılıqlı inam var. Azərbaycan-Türkiyə-Pakistan münasibətləri illərin sınağından keçmiş, çətinliklər içərisində bərkimiş bir bağa çevrilib. Dövlət başçımız da bugünkü çıxışında söylədi ki, “2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub”.
S.Salmanova qeyd edib ki, Azərbaycan, Türkiyə və Pakistan üçbucağı Cənubi Qafqaz, Cənubi Asiya və Orta Şərqdə yeni balansın əsas oyunçularından biridir:
“Bu əməkdaşlıq yalnız regional deyil, qlobal geosiyasətdə də müsəlman ölkələrinin mövqeyinin güclənməsinə şərait yaradır. Üç dövlətin ortaq addımları beynəlxalq arenada daha effektiv mövqeyin təmin olunmasına, regional problemlərin birgə həllinə və sülhün qorunmasına xidmət edir. Enerji layihələri, nəqliyyat dəhlizləri və hərbi-texniki əməkdaşlıq bu məqsədlərin real ifadəsidir. Azərbaycan, Türkiyə və Pakistan liderləri bu görüşlə həm də dünyaya mesaj verdilər: biz yalnız dost deyilik, biz strateji ortaq, mədəni qardaş və siyasi müttəfiqik. Bu birliyin gücü təkcə region üçün deyil, daha geniş coğrafiyada sülhə, inkişafa və ədalətə xidmət göstərə bilər”.
Parlamentari hesab edir ki, Azərbaycanın müstəqillik tarixinin ən önəmli günlərindən birində baş tutan bu Zirvə görüşü ölkəmizin regional liderlik mövqeyini daha da möhkəmləndirdi:
“Türkiyə və Pakistanla birgə atılan bu addım həm də XXI əsrin yeni geosiyasi reallıqlarında “üç dövlət – bir mövqeyin” parlaq nümunəsinə çevrildi”.
Oxşar xəbərlər
Azərbaycan artıq Böyük Britaniya ilə münasibətlərini yeni strateji mərhələyə keçirir -ŞƏRH
12:35 13.11.2026
Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında birgə bəyannamə imzalandı
23:21 12.11.2026
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə