Siyarto: Macarıstan Ukraynanın "Drujba" neft kəməri ilə bağlı təhdidlərini rədd edir
Yusif Nəzərli
17:48 24.08.2025
Dünya
413
Macarıstan Ukraynanın təhdidlərini rədd edir, bu ölkənin Silahlı Qüvvələrinin "Drujba" neft kəmərinə zərbələrini isə öz suverenliyinə hücum kimi qiymətləndirir.
Teleqraf xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukrayna Prezidenti Volodimir Zelenskinin son açıqlamalarını şərh edərkən bildirib.
"Macarıstan Ukrayna Prezidentinin təhdidlərini qətiyyətlə rədd edir. Biz suverenliyi və ərazi bütövlüyünü beynəlxalq siyasətin əsas dəyərləri hesab edirik, buna görə də bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edirik və onlardan da eyni şeyi gözləyirik", - XİN rəhbəri feysbuk sosial şəbəkəsindəki səhifəsində yazıb.
O, Ukraynanın "Drujba" neft kəmərinə hücumunu Macarıstanın enerji təchizatının təhlükəsizliyinə müdaxilə adlandırıb.
"Son günlərdə Ukrayna enerji təchizatımızın təhlükəsizliyinə ciddi müdaxilə edib. Enerji təhlükəsizliyinə müdaxilə suverenliyə müdaxilə kimi qiymətləndirilməlidir. Bizim heç bir əlaqəmiz olmayan müharibə suverenliyimizin pozulması üçün qanuni əsas deyil. Biz Volodimir Zelenskini Macarıstana qarşı təhdidləri dayandırmağa və enerji təhlükəsizliyimizi təhdid etməməyə çağırırıq", - nazir əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya