39 yaşlı ƏFSANƏ: Messi Argentina millisində son oyununa çıxır

Dünya futbolunun əfsanəsi Lionel Messi Argentina millisində son oyununu keçirəcək.

Sherg.az xəbər verir ki, 39 yaşlı futbolçu Argentina millisinin Beninlə keçirəcəyi yoldaşlıq görüşündə sonuncu dəfə milli formanı geyinəcək.

Messi 21 illik milli karyerasında 207 oyun keçirib və 125 qol vurub. O, Argentina ilə 1 dünya çempionluğu, 2 Amerika Kuboku, 1 Finalissima, 1 Olimpiya və 1 U-20 dünya çempionluğu olmaqla 6 titul qazanıb.

Messi dünya çempionatlarında 34 oyunla rekordçudur. O, mundiallarda 21 qolla ən çox qol vuran ikinci futbolçudur. Bu göstəricidə 22 qolla Kilyan Mbappe öndədir.