Ayrıldıqları deyilirdi, amma sevgiləri davam edir: İkardidən romantik paylaşım

Məşhur futbolçu Mauro İkardi ilə nişanlısı Çina Suares haqqında ayrılıq iddiaları bir müddət maqazin gündəmini zəbt etsə də, cütlük bu xəbərləri növbəti dəfə təkzib edib.

Sherg.az xəbər verir ki, daha əvvəl Vanda Nara ilə qalmaqallı ayrılıq yaşayan İkardi yeni münasibətini sosial şəbəkələrdə paylaşdığı fotolarla ictimaiyyətə açıqlamışdı.

Tez-tez birlikdə görüntülər paylaşan cütlüyün ayrıldığı barədə xəbərlər yayılsa da, onlar qısa müddətdə bu iddiaların həqiqəti əks etdirmədiyini bildirmişdilər.

İndi isə İkardi və Çina Suares yenidən romantik fotolarını izləyiciləri ilə bölüşərək münasibətlərinin davam etdiyini nümayiş etdiriblər.