"Barselona" və PSJ-nin keçmiş qapıçısı Arnau Tenas "Vilyarreal"dan ayrılıb.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu növbəti mövsümü icarə əsasında "Malyorka"da keçirəcək.
İspaniya liqasında ötən mövsüm Tenas on oyun keçirib, 16 qol buraxıb.
Qeyd edək ki, "Malyorka" ötən mövsüm İspaniya La Liqasından Sequndaya düşüb.