Bu mövsüm ən çox gəlir əldə edəcək futbolçular bəlli oldu - Siyahı

"Sportico" portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını dərc edib.

Oxu.Az xəbər verir ki, birinci yeri "Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu tutub.

Portuqaliyalı ulduza idman çıxışlarına görə 250 milyon dollar ödəniləcək, onun meydandankənar fəaliyyətdən gəlirləri isə 50 milyon dollar təşkil edəcək.

Gəlir səviyyəsinə görə ilk 10 futbolçunun siyahısı:

1. Kriştianu Ronaldu ("Ən-Nəsr") - 300 milyon dollar (250 mln dollar meydanda + 50 mln dollar meydandan kənar);

2. Lionel Messi ("İnter Mayami") - 150 milyon dollar (75+75 mln dollar)

3. Kilian Mbappe ("Real Madrid") - 105 milyon dollar (70+35 mln dollar);

4. Erlinq Holand ("Mançester Siti") - 85 milyon dollar (60+25 mln dollar);

5. Vinisius Junior ("Real Madrid") - 67 milyon dollar (45+22 mln dollar);

6. Sadyo Mane ("Ən-Nəsr") - 54 milyon dollar (50+4 mln dollar);

7. Lamin Yamal ("Barselona") - 47 milyon dollar (35+12 mln dollar);

8. Cud Bellinqem ("Real Madrid") - 45 milyon dollar (29+16 mln dollar);

9. Harri Keyn ("Bavariya") - 42 milyon dollar (30+12 mln dollar);

10. Məhəmməd Salah ("Trabzonspor") - 40 milyon dollar (20+20 mln dollar).