"Çelsi"nin futbolçusu Premyer Liqada klubunu dəyişəcək

Premyer Liqa təmsilçilərindən “Çelsi”nin futbolçusu Nikolas Çekson karyerasını “Aston Villa”da davam etdirəcək.

Teleqraf xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Birmingem təmsilçisi seneqallı forvardın transferi üçün “zadəganlar”la anlaşıb. Premyer Liqa klubu hücumçuya görə 75 milyon avro ödəyəcək.

Keçidin yaxın zamanda açıqlanacağı gözlənilir.

Cekson 2023-cü ildən “Çelsi”də çıxış edir. O, komandada 65 oyunda 24 qol vurub. Forvard ötən mövsüm icarə əsasında “Bavariya”da top qovub.