2026-cı il dünya çempionatının final matçında komandalar arasında nəzərdə tutulan 15 dəqiqəlik fasilə 20-25 dəqiqə davam edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
İyulun 19-da ABŞ-ın İst-Raterford şəhərində yerləşən “MetLife” stadionunda keçiriləcək final görüşünün fasiləsində Madonna, Castin Biber, Şakira, Burna Boy, BTS qrupu, venesuelalı dirijor Qustavo Dudamel və PS 22 xoru çıxış edəcək.
Təşkilatçılar şounun 11 dəqiqə davam edəcəyini bildirsələr də, digər mənbələrin iddiasına görə, ümumi fasilə müddəti standart 15 dəqiqə əvəzinə 20-25 dəqiqə olacaq.
Qeyd edək ki, 2025-ci ildə ABŞ-da keçirilən klublararası dünya çempionatının finalında da fasilə 24 dəqiqə çəkmişdi.