"DÇ-2026"nın finalında ilk: 3 saatdan çox davam edəcək

2026-cı il FIFA Dünya Kubokunun finalında futbol tarixində ilk dəfə oyunöncəsi və fasilədə genişmiqyaslı şou proqramı təşkil olunacaq. Bu səbəbdən finalın ümumi müddətinin 3 saatı keçəcəyi gözlənilir.

Sherg.az xəbər verir ki, həlledici görüşdə İspaniya və Argentina milliləri üz-üzə gələcək. Final iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatındakı "MetLife" stadionunda keçiriləcək.

Məlumata görə, matçın fasiləsində təxminən 30 dəqiqəlik konsert proqramı planlaşdırılır. Şouda Madonna, Castin Biber, Şakira, BTS, Burna Boy və Qustavo Dudamel kimi dünya şöhrətli sənətçilərin çıxışı gözlənilir. Oyundan əvvəl keçiriləcək açılış mərasimində isə Robbi Uilyams, Nikol Şerzinger və Tom Kruzun iştirak edəcəyi bildirilir.

Qeyd edək ki, futbol qaydalarına əsasən, matçın fasiləsi 15 dəqiqə olmalıdır. Lakin FIFA-nın xüsusi proqramı səbəbindən bu müddətin uzadılması nəzərdə tutulur.