Millətlər Liqası: Türkiyə İtaliyanı qəbul edir

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək.

Teleqraf xəbər verir ki, ümumilikdə səkkiz matç baş tutacaq.

Günün maraqla gözlənilən qarşılaşmasında A Liqasının I qrupunda Türkiyə İtaliyanı qəbul edəcək.

B Liqasının II qrupunda Gürcüstan Ukrayna ilə qarşılaşacaq. C Liqasının II qrupunda isə Ermənistan Monteneqronu qəbul edəcək.

UEFA Millətlər Liqası

28 sentyabr

A Liqası, I qrup

22:45. Belçika - Fransa

22:45. Türkiyə - İtaliya

B Liqası, II qrup

20:00. Gürcüstan - Ukrayna

22:45. Şimali İrlandiya - Macarıstan

B Liqası, IV qrup

22:45. Rumıniya - Bosniya və Herseqovina

22:45. İsveç - Polşa

C Liqası, II qrup

20:00. Ermənistan - Monteneqro

20:00. Latviya - Kipr