“Qarabağ” “Nyukasl”la oyunda ikinci qolunu vurdu

"Nyukasl" cəmi bir dəqiqə sonra üçüncü qolunu vurdu. "Sağsağanlar"ın müdafiəçisi Sven Botman adını tabloya yazdırdı.

01:06

***

“Qarabağ” Kamilo Duranın 51-ci dəqiqədə vurduğu qolla fərqi azaltdı - 1:2.

01:00

***

Görüşdə ikinci hissə başladı.

00:45

***

İlk hissə başa çatdı.

00:06

***

6-cı dəqiqədə Joelinton fərqi artırdı - 2:0.

00:04

***

Oyunun 5-ci dəqiqəsində rəqibin yarımmüdafiəçisi Sandro Tonali hesabı açdı.

00:00

***

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la cavab oyunu başlayıb.

Teleqraf xəbər verir ki, qarşılaşma İngiltərədəki “Sent-Ceyms Park” stadionunda keçirilir.

Matçın baş hakimi italiyalı FIFA referisi Davide Massadır.

Qeyd edək ki, Bakıda baş tutan ilk görüşdə “Qarabağ” rəqibinə 1:6 hesabı ilə uduzub.