“Qarabağ” futbolçusu Abdullah Zubirlə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, Ağdam klubu bu barədə rəsmi sosial şəbəkə hesabında məlumat yayıb.
Klub fransalı futbolçuya “Qarabağ” formasında keçirdiyi illər, meydandakı mübarizəsi, kapitanlığı, vurduğu qollar və verdiyi məhsuldar ötürmələrə görə təşəkkür edib.
Qeyd edək ki, Zubir 2018-ci ilin yayından “Qarabağ”da çıxış edirdi.