Azərbaycan millisinin heyətindən çıxarılan "Qarabağ"ın futbolçuları Elvin Cəfərquliyev və Toral Bayramovun durumuna aydınlıq gəlib.
Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev Teleqraf-a bildirib ki, hər iki müdafiəçi bu gündən etibarən tədricən məşqlərə qoşulub.
Qeyd edək ki, Elvin Cəfərquliyev DÇ-2026-nın seçmə mərhələsində İslandiya (0:2) və Fransa (1:3) ilə oyunları yüksək hərarət səbəbindən buraxmalı olub.
Toral Bayramov isə islandlarla matçda iştirak etsə də, Fransa ilə oyundan öncə keçirilən məşqdə sıradan çıxmışdı.