"Revsportz": "Qarabağ" Avropa kuboklarının qorxulu qüvvəsinə çevrilib
19:33 07.11.2025
Futbol
324
Azərbaycanın "Qarabağ" futbol klubunun müharibənin viran qoyduğu Ağdam küçələrindən UEFA Çempionlar Liqasının parlaq oyunlarına qədər olan tarixçəsi idmandan kənara çıxan cəsarət və ümid simvoluna çevrilib.
"Report"un verdiyi məlumata görə, bu barədə "Revsportz" idman nəşrinin "Köhnə Dünya"nın əsas klub turnirində Azərbaycan çempionunun uğuruna həsr olunmuş məqaləsində deyilib.
"Avropanın ən ilhamverici autsayderlərindən birinə çevrilən Azərbaycan klubu qitənin futbol nəhəngləri ilə inamla rəqabət aparır. Cari mövsümdə "Qarabağ" futbol dünyasını heyrətləndirir. Azərbaycan klubu turnirə "Benfika" üzərində 3:2 hesablı maraqlı qələbə ilə başlayıb, daha sonra "Kopenhagen" üzərində 2:0 hesablı inandırıcı qələbə qazanıb və bu yaxınlarda Bakıda İngiltərənin "Çelsi" klubu ilə 2:2 hesablı heç-heçə edib - azarkeşlər bu nəticəni əsl qələbə kimi qəbul ediblər. Komandanın yeganə məğlubiyyəti Bilbaodan olan "Atletik"lə oyunda (1:3) olub", - nəşr yazıb.
Müəllif həmçinin noyabrın 5-də "Qarabağ"ın "Çelsi"yə qarşı oyunu barədə fikirlərini bölüşüb.
"Azərbaycan çempionu ilə rəqibi arasındakı təzad heyrətləndiricidir. "Çelsi"nin heyəti 1,1 milyard funt sterlinqdən çox qiymətləndirilir, bu, "Qarabağ" oyunçularının 21 milyon funt olan dəyəri ilə müqayisəolunmazdır. Lakin meydanda məhz xarakter və fədakarlıq şansları bərabərləşdirdi. İngilislərə qarşı oyunda ağdamlılar qorxmadan hərəkət edib, güclü pressinq tətbiq edib və on dəqiqə ərzində rəqibin qapısına iki dəfə dəqiq zərbə endiriblər", - məqalədə deyilir.
Materiallarda komandanın baş məşqçisi Qurban Qurbanovun çoxillik fəaliyyəti yüksək qiymətləndirilir: "Onun liderliyi "Qarabağ"ı milli çempiondan Avropa turnirlərinin qorxulu qüvvəsinə çevirib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi