“Real Madrid” “El-Klasiko”da “Barselona”nı 2:1 hesabı ilə məğlub edib. La Liqanın 10-cu turu çərçivəsində keçirilən qarşılaşmada Türkiyə millisinin üzvü Arda Gülər start heyətində meydana çıxıb və 90+4-cü dəqiqəyədək mübarizə aparıb.
İspaniyanın nüfuzlu idman nəşrləri Ardanın çıxışını yüksək qiymətləndiriblər. “Marca” futbolçunun ilk hissədəki oyununa 10 üzərindən 9 bal verərək onun Pedri üzərində üstünlüyünü və meydandakı fəallığını xüsusi vurğulayıb.

“AS” nəşri Ardanın dəqiq ötürmələrini və sol ayağının məharətini önə çəkib. “Mundo Deportivo” onun hər toxunuşunun “Real Madrid”in hücumlarına təhlükə qatdığını yazıb. “Sport” isə komandanın oyununda Ardanın futbol zəkasının mühüm rol oynadığını qeyd edib.
Qeyd edək ki, qarşılaşmada “Real Madrid”in hər iki qolunu Kilian Mbappe vurub, “Barselona”nın yeganə qoluna isə Rafinya imza atıb.