Ronaldo start heyətində yer almadı

Beşqat "Qızıl top" mükafatçısı Kristiano Ronaldo Millətlər Liqasının qrup mərhələsində Portuqaliya milli futbol komandasının Norveçlə oyununda start heyətində yer almayıb.

Axar.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat verib.

Ronaldo oyuna ehtiyat oyunçular skamyasında başlayacaq.

Qeyd edək ki, Osloda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.