İndi də Şahzadə Hayanın boşanma təzminatı müzakirəyə çıxarılıb



Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun İngiltərəyə qaçan həyat yoldaşı Şahzadə Hayanın açdığı və İngilis məhkəməsində baş tutan boşanma iddiasında təzminat davası gündəmə gəlib. Şahzadə Hayanın alacağı boşanma təzminatını müzakirəyə etməyə başlayıblar.

Sherg.az xarici media istinadən xəbər verir ki, Əmrin 10 milyard dollarlıq sərvəti var, amma Şahzadə Haya məşhur Amazonun qurucusu və sahibi Jeff Bezosun keçmiş həyat yoldaşı MacKenzie Bezosun aldığı təzminata çata bilməyəcək.

MacKenzie Bezos boşanma iddiasında aldığı 38 milyard dollarlıq təzminatla dünyanın ən zəngin üçüncü qadını olmuşdu. Hayanın əmri aldatdığı iddiasının boşanma təzminatına təsir edə biləcəyi bildirilir. 

Qeyd edək ki, Əmr intiqam mesajı vermişdi, şahzadə də İngiltərədən qoruma tələb etmişdi. 45 yaşlı Şahzadə Hayanın 70 yaşlı Şeyx Məhəmmədi gənc bir İngilis mühafizəçi ilə aldatdığı iddia edilir. Şahzadənin buna görə İngiltərəyə qaçdığı bildirilir.