Bakıda mağazası olan milyarder öldü - 5 milyardı vardı


Danimarkanın ən varlı adamlarından biri Lars Larsen 71 yaşında vəfat edib.
Lent.az -ın “Bloomberg”ə isinadən verdiyi məlumata görə, 5 milyard dollara yaxın varidata malik milyarder mebel və yataq dəsti istehsalı ilə məşğul olan “Jysk Sengetøjslager” şirkətinə başçılıq edirdi. Mövcud olduğu 40 il ərzində “Jysk”-in dünyanın 52 ölkəsində, eləcə də Azərbaycanda 2800 mağazası fəaliyyət göstərirdi.
Larsen qara ciyər xərçəngindən əziyyət çəkirdi.