Ata 5 aylıq körpəsini pəncərədən atmaq istədi: Polis faciənin qarşısını alıb - FOTO

Rusiyada polis əməkdaşları 5 aylıq körpəsini pəncərədən aşağı atmaq istəyən ataya müdaxilə edərək, uşağı ölümdən qurtarıb. Sherg.az xarici mediaya istinadən bildirir ki, hadisə Rusiya Federasiyasının Mordoviya Respublikasında baş verib

Bir kişi uşağını qucağına alaraq pəncərəyə çıxıb, ətrafdakıları körpəni atmaqla təhdid edib. Hadisə yerinə gələn polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ata ilə söhbətləşiblər. 
Daha sonra yaxınlıqdakı binanın pəncərəsinə çıxan polislər körpəni son anda xilas ediblər. 
Həvəskar kamera ilə çəkilən görüntülərdə polis işçisinin pəncərənin kənarında dayandığı və tək əli ilə uşağı tutduğu görünür. Polis kişini və körpəni içəri çəkərkən kişi polisə yumruq atmağa çalışır. 
Həmin vaxt aşağıdan hadisəni izləyən vətəndaşlar qorxu içində qışqırırlar. 
Polis körpəni pəncərədən atmaq istəyən atanı həbs edib. Uşağın xəstəxanaya çatdırıldığı və sağlıq vəziyyətinin yaxşı olduğu xəbər verilir. Atanın bu addımı hansı səbəbdən atdığı bilinmir.