Bir neçə komanda Çində yayılan koronavirusa qarşı potensial peyvəndin hazırlanması üçün araşdırmalara başladığını elan edib
Bu günə qədər 4 min insana yoluxan və 2019-cu ilin dekabrından bəri 106 nəfərin ölümünə səbəb olan koronavirusa qarşı peyvəndin hazırlanması prosesinə başlanılıb.
“Sherg.az”ın “sciencesetavenir.fr”ə istinadən xəbərinə görə, Çin Xəstəliklərə Nəzarət və Onun Qarşısının Alınması Mərkəzi 26 Yanvar 2020-ci ildən etibarən “2019-nCoV” əleyhinə peyvəndin hazırlanmasına başlayıb. Bundan başqa Viral Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli İnstitutun rəhbəri Xu Venbo deyib ki, bu virusu təcrid ediblər və indi toxum süzgəcini müəyyənləşdirmək mərhələsindədirlər.
O qeyd edib ki, hazırda həmin peyvəndi yoxlamadan keçirirlər. Bundan başqa xəstələri daha yaxşı idarə etmək üçün yeni koronavirusun səbəb olduğu pnevmoniyaya qarşı dərmanlar hazırlanır.
Eyni zamanda Epidemiyaya Hazırlıq İnnovasiyası Koalisiyası və Avstraliya Kvinslend Universitetinin tədqiqatçılarından ibarət heyət vaksinin hazırlanması üzərində işlədiklərini açıqlaylıblar. Həqiqətən, bu komanda yeni bir texnologiyaya sahibdir.
Universitetin kimya və molekulyar bioskiyentlər məktəbinin direktoru, professor Pol Yunq bildirib ki, komanda növbəti altı ay ərzində epidemiyanın qarşısını almaq üçün istifadə edilə bilən bir peyvənd hazırlamağa ümid edir.
Onun sözlərinə görə, peyvənd insanlara paylanacaq və virusun dünya miqyasında yayılmasının qarşısı alınacaq.