Çində koronavirusdan 24 saat ərzində 38 nəfər dünyasını dəyişib.
«Sherg.az» «sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, Çinin Vuhan şəhərində 2019-cu ilin dekabrından yayılmağa başlanan koronavirus Çində 7 min 700 insana yoluxub. Pekinə yaxın bütün şəhərlərə yayılıb. Yanvarın 30-a qədər olan müddətdə ümumilikdə 170 nəfər bu virusdan dünyasını dəyişib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla əlaqədar dünyanı hərəkətə keçməyə çağırıb. Təşkilatdan bildirilib ki, məsələ ilə bağlı bu gün epidemiyanın beynəlxalq səviyyədə toplantı keçirəcək.
Çin hökumət dairələrinin verdiyi rəsmi məlumata görə, bu gün 24 saat ərzində 38 nəfər koronavirusdan ölüb. Dünyada isə bu virusdan 774 nəfər dünyasını dəyişib ki, onun da 344-ü Asiya qitəsinin payına düşür.