"Prezident İlham Əliyev öz tarixi, hüquqi və siyasi bilgiləri ilə işğalçı Ermənistanın baş nazirini məyus etdi".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, ilk dəfə idi ki, problem haqqında belə açıq müzakirələr keçirilirdi və bütün qlobal informasiya resurslarının diqqəti məhz bu panel müzakirələrinə fokuslanmışdı:
"Prezident öz haqlı mövqeyi, dərin tarixi, hüquqi və siyasi bilgiləri, yüksək dilbilmə qabiyiyyəti, rasional siyasi məntiqi, iti zəkası və hazırcavablığı ilə işğalçı ölkənin baş nazirini rüsvay etdi. Bir daha hamıya aydın oldu ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq da Azərbaycan torpağı olaraq qalacaq. Bu müzakirələrdə Azərbaycan Prezidenti həm də nümayiş etdirdi ki, etnoqrafiyanı, toponomiyanı dərindən bilir və bunları Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün müasir siyasi dialoq müstəvisində lehimizə olan faktor kimi təqdim etməyi bacarır. Bu keyfiyyətlər əsil siyasi lider keyfiyyətləridir və hər bir Azərbaycanlı öz Prezidentinin bu keyfiyyətləri ilə fəxr edə bilər. Müzakirələrdə miskin vəziyyətə salınmız işğalçı Ermənistanını baş nazirinin qarşısında özündən əmin, xalqına arxalanan, haqqı, ədaləti , beynəlxalq hüququn təmin olunmasını tələb edən bir bir Prezident var idi. Əminəm ki , bu müzakirələrdə bir daha Prezident İlham Əliyev hamını inandırmağı bacardı ki, istər tarixi və istərsə də beynəlxalq hüququn tələbləri nöqteyi-nəzərindən Dağlıq Qarabağ Azərbaycana aiddir".
H.Babaoğlu bəyan edib ki, Prezident İlham Əliyevin səsləndirdiyi iki fikir isə Paşinyanın və onun havadarlarının sifətinə vurula siyasi sillə idi:
"Bunlardan birincisi - "Erməni xalq öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox! İkinci isə -,, Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Hesab edirlər ki, həmin əraziləri daim işğal altında saxlaya bilərlər. Əminəm ki, bu, belə qalmayacaq". Bu fikirllər təkcə Ermənistana deyil bütün dünyaya Azərbaycan Prezidenti tərəfindən verilən ismarıc idi ki , biz torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzu bərpa edəcəyik".