Bu gün Rusiyanın "Nordavia – Regional Hava Yolları" tərəfindən həyata keçirilməsi nəzərdə tutulan Sankt-Peterburq - Bakı aviareysi ləğv edilib.
Oxu.Az xəbər verir ki, təyyarə “Pulkovo” aeroportundan saat 11:00-da havaya qalxmalı, saat 15:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında eniş etməli idi.
Uçuşun hansı səbəbdən ləğv edilməsi haqqında məlumat verilmir.