Koronavirusa qarşının alınması üçün sınaqdan keçirilən müalicələrin siyahısı açıqlanıb.
"Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, otuz molekul koronavirusu müalicə etmək məqsədilə sınanır. Çünki koronavirusa qarşı konkret bir dərman və ya peyvənd yoxdur. Amma təsirə məruz qalan xəstələri müalicə etmək üçün tədqiqatçılar müxtəlif müalicə üsullarını sınayırlar.
Bəziləri Ebola və ya HİV kimi viruslara səbəb olan digər xəstəlikləri hədəf alır. Digərləri malyariyaya qarşı hazırlanmış dərmanları yoxlamadan keçirir. Yəni, əvvəllər hansısa virusa qarşı işlənmiş bir dərmanı yenidən istifadə etməklə koronavirusun qarşısını almağa çalışırlar.
Norveçin Elm və Texnologiya Universitetinin tədqiqatçılarından ibarət bir qrup araşdırmasında izah edir ki, koronavirusu müalicə etmək üçün 120 molekul müəyyənləşdirilib.
Bu molekullardan 31-i koronavirusa qarşı müalicə üçün əsas molekullar hesab olunur. Alimlər düşünürlər ki, həmin molekullar bir çox virusa qarşı işlədilə bilər və ortaya çıxan viruslardan qorunmanı təmin edə bilər.
Çinli alimlər isə xlorokin adlı məşhur bir malyariya dərmanının potensial faydasına diqqət yetirir. Alimlər düşünürlər ki, bu dərman koronavirusdan təsirlənən xəstələrin sağalmasını sürətləndirə bilər.
Bildirilir ki, malyariya əleyhinə olan xlorokin fosfat koronavirusun yaratdığı sətəlcəm əleyhinə də istifadə olunarsa, effekt verə bilər.
Çində xlorokin cəmi yüz xəstəsi olan on xəstəxanada sınaqdan keçiriləcək.
Həqiqətən də onun effektivliyi və təhlükəsizliyi təsdiqini taparsa, ondan istifadə tövsiyyə olunacaq. Alimlər bildirirlər ki, həmin dərmandan 10 gün ərzində gündə iki dəfə 500 mq olmaqla qəbul edilə bilər. Amma alimlər onu da diqqətə çatdırıblar ki, xlorokinin iki böyük riski var. Birincisi, korluq, yalnız dərman uzun müddət, bir neçə il ərzində götürüldükdə korluq yarada bilir. İkinci təsiri isə ürək və ya tənəffüs problemlərinə səbəb ola biləcək xəstəliklər yarada bilər.