Gürcüstan prezidenti Novruz bayramı münasibəti ilə müsəlmanları təbrik edib


Gürcüstan prezidenti Salome Zurabişvili ölkə müsəlmanlarını Novruz bayramı münasibəti ilə təbrik edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə prezident özünün Facebook hesabında paylaşım edib.

 “Müsəlman həmvətənlərimizi təbrik edirəm, gəlin evlərimizdə qalaraq koronavirusu biryerdə məğlub edək”, - deyə prezident qeyd edib.