Dünya üzrə koronavirusla bağlı son STATİSTİKA

Koronavirusla bağlı martın 22-ə olan son statistik məlumatlar yayımlanıb.
"Sherg.az" bildirir ki, Worldometers.info-nun təqdim etdiyi statistikaya əsasən, dünya üzrə188 ölkə/ərazidə ümumilikdə 308257 nəfərdə COVID-19 aşkarlanıb.
Son yoluxma sayı 3267 nəfərdir.
Yoluxanlardan 13068 nəfəri ölüb.
Bu günə qədər virus infeksiyasından 95,828 şəxsin sağaldığı qeydə alınıb.