"Çoxları məsələnin ciddiliyini başa düşmək istəmir".
Bunu "Sherg.az"a açıqlamasında təhsil eksperti, tarixçi Kamran Əsədov deyib.
Ekspert bildirib ki, çölə çıxanların hamısı heç də iş arxasınca, ehtiyac üçün getmirlər:
"Kimisi parkda gəzməyə, kimisi nərd oynamağa gedir. Təklif edirəm ki, qaydalar daha da sərtləşdirilsin. Kimsə yaşamaq istəmirsə, öz hüququdur, amma yaşamaq istəyən çoxdur.
Zəhmət olmasa, evdə qalın. Artıq ölkəmizdə koronovirusdan 2-ci şəxs vəfat edib. Bu bizləri daha diqqətli olmağa məcbur edir".