Operativ Qərargah: Vətənlaşların qoruyucu vasitələrdən istifadə etməsi karantin rejiminin əsas tələblərdən biridir


“Vətəndaşların qoruyucu vasitələrdən istifadə etməsi karantin rejiminin əsas tələblərdən biridir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev mağaza və apteklərə gedən insanlardan tibbi maska taxması, əlcək geyinməsi tələbi qoyulub-qoyulmaması barədə suala cavab verərkən bildirib.

Rəis müavini deyib ki, xidməti vəzifələrini icra edən polislər də vətəndaşlara yaxınlaşaraq, onlardan qoruyucu vasitələrdən istifadə olunmasını tələb edirlər: “Çatışmazlıq da nəzərə alınır, vətəndaşlardan qoruyucu vasitələrdən istifadə edilməsi tələb olunur”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə qeyd edib ki, maska çatışmazlığı ifadəsini işlətmək də düzgün deyil.