Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyəyə təşəkkür edib.
APA xəbər verir ki, Mehriban rəsmi “Facebook” səhifəsindəki paylaşımında bunları yazıb: “Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm! Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm çətin sınaq günlərində. Bizim birliyimiz, bizim gücümüz bundadır! Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram! Qoy Uca Tanrı dünyamızı qorusun!”