Ölkə başçısına minnətdarlıq : “Cənab Prezident, Sizinləyik. Biz birlikdə güclüyük!”


Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, göstərdiyi diqqət və qayğıya görə ölkənin bütün bölgələrindən Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. 

"Sherg.az" Prezidentin saytına istinadla Biləsuvar rayon  sakini Məhərrəməli Kazımlının bu addımlara görə ölkə başçısına minnətdarlıq məktubunu təqdim edir.

M.Kazımlı yazır:

"Hörmətli Prezidentimiz, Sizin uzun illərdir ölkəmizin səhiyyə sahəsində həyata keçirdiyiniz əsaslı islahatlar öz bəhrəsini verməkdədir. Yeni səhiyyə ocaqlarının istifadəyə verilməsi, ölkəmizdə yüksək səviyyəli tibbi heyətin formalaşmasına hesablanmış dövlət siyasəti imkan verəcək ki, koronavirus infeksiyasının daha az zərərlə aradan qaldırılmasına nail olaq. Bu çətin günlərdə modul tipli tibb müəssisələrinin yaradılması, tibbi maska istehsalı müəssisəsinin istifadəyə verilməsi Sizin çevik fəaliyyətinizin bariz nümunələridir. Biz - Biləsuvar veteranları Sizin bu fəaliyyətinizi alqışlayırıq. Cənab Prezident, qeyd etmək istəyirik ki, bütün bu tədbirlərin həyata keçirilməsində Sizinləyik. Biz birlikdə güclüyük!”.