Sakindən liderə:”Azərbaycanımıza, xalqımıza sahib çıxdığınız üçün Sizə təşəkkür edirəm”


Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Sumqayıt sakini İlham Ağayevin Prezidentə məktubunda deyilir:

 “Möhtərəm cənab Prezident, çox hörmətli Birinci vitse-prezident, son dövrlər dünyada yayılmış və Azərbaycanda da aktual məsələyə çevrilmiş yeni növ koronavirusla əlaqədar tərəfinizdən verilən tapşırıq və tövsiyələri, görülən qabaqlayıcı tədbirləri bir vətəndaş kimi yüksək qiymətləndirirəm. İnsanların sosial təminatının yaxşılaşdırılması istiqamətində islahatlar aparılır, işsiz vətəndaşlar işə cəlb olunur, imkansız şəxslər ərzaqla və tibbi yardımlarla təmin olunur. Sizin hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasət reallığı tam əks etdirir. İnanıram ki, bu tədbirlərin nəticəsi olaraq, dövlətimiz yaranmış çətin vəziyyətdən minimum itkilərlə çıxacaq. Azərbaycanımıza, xalqımıza sahib çıxdığınız üçün Sizə sonsuz təşəkkür edirəm. Bu məsuliyyətli fəaliyyətinizdə Sizə yeni uğurlar, cansağlığı və uzun ömür arzulayıram. Allah Sizi, Mehriban xanımı, övladlarınızı qorusun!. Amin!”.