"Cənab Prezident, Sizi salamlayır və dünyanı cənginə alan koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə öncədən görülən tədbirlərə görə dərin təşəkkürümü bildirirəm".
Sherg.az xəbər verir ki, Ağcabədi rayonundan Mahir Paşayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yazdığı minnətdarlıq məktubunu belə başlayır. M. Paşayev daha sonra qeyd edir:
"Bu çətin günlərdə xalqın yanında olmağınız, vaxtında və yerində görülmüş tədbirlər Sizin böyük liderliyinizin əyani sübutudur. Tez bir zamanda tibbi maska istehsalı müəssisəsinin işə salınması, "Yeni klinika" tibb müəssisəsinin pandemiyaya yoluxmuş xəstələrin müalicəsi üçün istifadəyə verilməsi dövlətimizin qüdrətindən və ona xalqına əvəzsiz bir sevgisi olan, hər sahədə dərin biliklərə malik bir liderin rəhbərlik etməsindən xəbər verir. Dünyanın super dövlətlərində belə böyük fəlakət və itkilərə səbəb olan bu amansız pandemiya dövründə vaxtında düşünülmüş və görülmüş tədbirlər nəticəsində respublikamızda həmin dəhşətlər yaşanmadı. Bu ağır zamanlarda Siz bir neçə cəbhədə mübarizə aparırdınız - həm COVID-19, həm xarici düşmənlər, həm daxildə olan xainlər və s. Cənab Prezident, Siz tək deyilsiniz, bizlər Sizinləyik, Sizin uğurlu siyasətin arxasındayıq, qüdrətli dövlətimizin yanındayıq! Biz birlikdə güclüyük!.