Ərdoğan: "Minsk üçlüyü Ermənistanın yanında yer alıb, BİZ DƏ SƏSSİZ QALMAYACAĞIQ" 

Gələn son dəqiqə xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Şırnak vilayətində keçirilən AKP -nin konqresində nitq söyləyib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Ərdoğan kütlə qarşısında Qarabağ mesajı verərərək, "Nə deyirlər Minsk 3-lüyü. Onlar  Ermənistanın yanında yer alıblar. Ermənistana hər cür silahlı dəstəyi verirlər. Azərbaycan ermənilərdən tarixi torpaqlarını qurtarmaq üçün mübarizə verir. İnanıram ki, bu torpaqları Ermənistandan öz sahibinə qayıdacaq" deyə bildirib.

Ərdoğan daha sonra sözlərinə əlavə edib:

"Xeyrdir Amerika, nə işin var burada. Qərb indi Azərbaycanın yanında deyil. Ermənistan Azərbaycanı  atəşkəsə baxmayaraq yenə vurdu. Biz səs verincə də "Türkiyəyə baxın, heç səssiz qalmırlar" deyir Qərb. Səssiz qalmayacağıq".

Turan