"Le FİGARO" müsahibəni tirajladı: "İlham Əliyev: "Ermənistan yeni reallığı nəzərə almalı olacaq"" 

Fransanın məşhur "Le Figaro" qəzeti Azərbaycan Prezidenti cənab İlham Əliyevlə müsahibəni yayımlayıb. "Ilham Aliev: «L’Arménie devra tenir compte de la nouvelle réalité!» (İlham Əliyev: Ermənistan yeni reallığı nəzərə almalı olacaq) başlıqlı məqalə bu qəzetin elekton versiyası olan "Le Figaro.fr"in siyasət bölümünə yerləşdirilib.


Bundan başqa, "Pour le président azerbaïdjanais la reconquête de territoires change la donne pour la résolution du conflit au Haut-Karabakh" (Azərbaycan Prezidentinə görə ərazilərin yenidən azad olunması Dağlıq Qarabağ münaqişəsinin  həlli üçün məzmun və şərtləri dəyişir) cümləsi isə məqalədə ikinci başlıq kimi təqdim olunub. Daha sonra Azərbaycan prezidenti ilə müsahibənin  yalnız 13 faizi fransızdilli oxuculara təqdim olunur. Bütöv müsahibə üçün isə "Le Figaro" oxuculardan ödənişli abunə olmağı tələb edir. Amma müsahibə "Le Fiagro.fr"ə abunə olan oxucular üçün açıqdır.  Məhz buna görə də müsahibənin Azərbaycandilli versiyasını "President.az" saytına istinadən paylaşırıq. 

"Müsahibə" sözünün üzərinə vurmaqla Azərbaycan Prezidentinin "Le Figaro"ya müsahibəsinin tam mətnini oxuya bilərsiniz.