Mehriban Əliyeva Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Aprel döyüşləri ilə bağlı paylaşım edib.
"Sherg.az"ın məlumatına görə, paylaşımda deyilir:
"Aprel döyüşlərindən beş il keçir. Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Uca Tanrı hər zaman xalqımızı qorusun, doğma Azərbaycanımıza sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!".