ATƏT sədri  saxlanılanların və minalanmış ərazilərin xəritəsinin mübadiləsini alqışlayıb

ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Azərbaycan və Ermənistan arasında saxlanılanların və minalanmış ərazilərin xəritəsinin mübadiləsinə dair növbəti razılaşmanı alqışlayıb.

APA-nın xəbərinə görə A. Linde bu barədə "Twitter" hesabındakı paylaşımpmda qeyd edib.

"Əlavə olaraq saxlanılmış 15 erməninin Azərbaycan tərəfindən sərbəst buraxılmasını və Ermənistanın minalanmış ərazilərin xəritəsini açıqlamasını alqışlayıram. Rusiyanın vasitəçiliyini təqdir edirəm. Ümid edirəm ki, daha çox etimad yaratma ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında dayanıqlı nizamlanma üçün yol aça bilər",-deyə ATƏT sədri bildirib.