Dənizdən-dənizə böyük ittifaq:“...Azərbaycan-Türkiyə ideologiyası doğuldu”

“Müharibədən sonra yeni ideologiyaya ehtiyac yarandı. Bu, özündə xüsusilə daxili və xarici siyasəti ehtiva etməlidir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli dedi. Onun fikrincə, savaşın nəticəsi yeni reallıq yaratdı:
“Məsələ ondan ibarətdir ki, Ermənistan illər uzunu “Dənizdən-dənizə böyük Ermənistan” ideologiyası ilə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürüb, soyqırımlar törədib. Hərçənd dənizi yoxdur. Amma iki qardaş dövlətin dənizə çıxışı var.  Təsadüfi deyil ki, hərbi əməliyyatlardan sonra Ermənistan ideologiyası boğuldu, Azərbaycan-Türkiyə ideologiyası doğuldu. Bizim(red: Azərbaycan və Türkiyə) Aralıq dənizinə, Qara dənizinə və Xəzər dənizinə çıxışımız var. Deməli, dənizdən-dənizə ittifaq yarada bilərik və yaratmalıyıq”.