NATO-nun Baş katibi Yens Stoltenberq Əfqanıstanda Kabil hava limanının təhlükəsizliyinin təmin olunmasında mühüm rola görə Azərbaycana təşəkkürünü bildirib.
Trend-in NATO-nun saytına istinadən verdiyi məlumata görə, bu barədə Y.Stoltenberq NATO ölkələrinin xarici işlər nazirlərinin fövqəladə toplantısından sonra keçirilən mətbuat konfransında bildirib.
Baş katib qeyd edib ki, NATO rəsmiləri Kabil Beynəlxalq Hava Limanında gecə-gündüz faəliyyət göstərib ki, bu da minlərlə insanın ölkəni tərk etməsinə imkan yaradıb:
"Hava limanının təhlükəsizliyinin təmin edilməsindəki həyati rollarına görə başda Türkiyə, ABŞ və Böyük Britaniya olmaqla, NATO müttəfiqlərinin silahlı qüvvələrinə və tərəfdaşımız olan Azərbaycana təşəkkür edirəm".