“Bakıda sürət həddini aşan sürücü ilə bağlı araşdırma aparılır”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
O qeyd edib ki, hazırda yayılan görüntülərlə bağlı araşdırma başlanılıb:
“Nəqliyyat vasitəsinin aşkar edilməsi, sürücünün kimliyi ilə bağlı tədbir görülür”.
12:20
Bakıda sürət həddini aşan sürücü yolda təhlükəli anlar yaşadıb.
99-EP-009 dövlət nömrə nişanlı “Porsche” markalı avtomobilin sürücüsü sentyabrın 20-i paytaxtın hava limanı yolunda hərəkət edən zaman sürət həddini aşıb. Avtomobilin sürəti o qədər yüksək olub ki, bir neçə saniyəyə gözdən itib.
Avtosfer.az-ın araşdırmasına görə, “Porsche”nin sürücüsü “Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin oğlu Elvin Pirverdidir. Qeyd edək ki, E.Pirverdi Londonda təhsil alıb və adı atasının biznes imperiyasında bir neçə dəfə hallanıb.