"Biz azərbaycanlı və erməni qardaşlarımıza vasitəçilik təklif edirik".
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili brifinqdə deyib.
Onun sözlərinə görə, iyun ayında Gürcüstan iki qonşu ölkə arasında uğurlu vasitəçilik edib və bu, presedentiolmayan hadisə oldu.
Baş nazir bildirib ki, Cənubi Qafqazda sülh təşəbbüsü bu prosesin davamıdır: "Biz qardaş dövlətlər arasında mediasiya, Tbilisini danışıqlar meydanı kimi təklif edirik".