Pakistanın Bəlucistan əyalətində 5,7 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində altısı uşaq olmaqla azı 20 nəfər ölüb, 300-dən çox adam da yaralanıb.
Yeraltı təkanların episentri Harnay şəhərindən 14 kilometr şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 20.8 kilometr dərinlikdə olub.
Təbii fəlakət qurbanlarının sayının çox olacağı istisna edilmir. Dağıntılar altında hələ də insanlar qalıb.