Bu gün bəzi ölkə KİV-də yayılmış Cəlilabad Rayon Polis Şöbəsinin rəis müavininin işdən azad olunması ilə bağlı xəbərlər həqiqətəuyğun deyil.
Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
O bildirib ki, Cəlilabad Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Rövşən Quliyev hazırda vəzifəsindədir və onun işdən azad olunması ilə bağlı əmr yoxdur.