Əməkdar artist Niftulla Əsgərov əməliyyat olunacaq.
Bu barədə aktyor Müşviq Şahverdiyev məlumat verib. O, N.Əsgərovun yaxın günlərdə əməliyyat olunacağı barədə paylaşım edib:
“İnşallah, bu mərhələni də keçəcək. Onkoloji xəstəlikdən əziyyət çəkir. İki gün sonra əməliyyata alınacaq”.
Xatırladaq ki, Lənkəran Dövlət Teatrının aktyoru bir müddət əvvəl ürəyindən əməliyyat olunub.